Elm və təhsil komitəsinin iclasında

Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Anar İsgəndərov komitə üzvlərinə qarşıdakı sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
Müzakirəyə əvvəlcə Milli Məclisin Elm və təhsil komitəsinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti barədə hesabatı təqdim olunub. Ötən dövrdə komitədə görülən işlər barədə məlumat verən Anar İsgəndərov qeyd edib ki, komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

⤵️
Arzu Paşaqızı