Elm və təhsil komitəsinin iclasında

İyunun 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Komitənin sədri Anar İsgəndərov iclasda bir məsələnin – “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.


Komitə sədri ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olan qanun layihəsinin təhsil sahəsinin daha da inkişafı baxımından önəmli olduğunu bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI