Elm və təhsil komitəsinin iclasında

0

Mayın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Komitənin sədri Bəxtiyar Əliyev iclasda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirə ediləcəyini söyləyib. 

O, diqqətə çatdırıb ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il il 3 fevral tarixli 759 nömrəli Fərmanına uyğun olaraq xüsusi təhsil müəssisələrinin fəaliyyətinin ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsi çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 13.4-cü maddəsinin ləğv edilməsi zərurəti yaranmışdır.

Bundan başqa, bu qanunun 20.1-ci maddəsində dəqiqləşdirmə məqsədilə “fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar” ifadəsinin “sağlamlıq imkanları məhdud olan şəxslər” ifadəsi ilə əvəz edilməsi təklif olunur və bu da imkan verir ki, bu qanun bütün sağlamlıq imkanları məhdud şəxslərə şamil edilsin.

 Sonra iclasda çıxış edən komitə üzvləri Ceyhun Məmmədov, Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Rafael Hüseynov, Fatma Yıldırım, Kamilə Əliyeva, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Tamam Cəfərova, Anar İsgəndərov, Afət Həsənova və Ülviyyə Ağayeva, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təklif olunan dəyişikliklərin əhəmiyyətindən bəhs ediblər, habelə ölkəmizdə təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. 

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir