Dünya liderləri İlham Əliyevi yeni geosiyasi reallıqların memarı kimi qəbul edirlər-Zahid Oruc

İşğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə sabitlik, regional əməkdaşlıq, enerji tərəfdaşlığı kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu.

turaninsesi.az” xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

“İndi eyni dünya liderləri İlham Əliyevi yeni geosiyasi reallıqların memarı, qalib prezident, regional nizamın qurucusu və strateq kimi qəbul edirlər. Təbriklərin dili dəyişib, çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib”, deputat əlavə edib.

Zahid Oruc bildirib ki, Prezident İlham Əliyev Qarabağda təkcə infrastruktur qurmur, eyni zamanda dünyaya qayıtmaq barədə mesaj verir.

“Yəni biz qayıtmışıq, özü də əbədi dönmüşük və yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik”, – o deyib.

Arzu Paşaqızı