Dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlər yayılır-DEPUTAT

Mütəşəkkil cinayətkar qruplar və şəxslər terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaq üçün bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq əməllərinə əl atırlar.
“turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, son dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin yayılması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsi ilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir:
“Rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub.
Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri təbdirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləşdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensiyalarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI