Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.


Dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Arzu Paşaqızı