Dövlət Komitəsinin sədri parlamentdə illik hesabat verir 

0

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilir.

Turanın səsi” in məlumatına görə, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.


B.Muradova bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsinə yönəlik bir sıra mühüm addımlar atılıb:

“Regionlarda uşaq ailə dəstək mərkəzləri diqqət mərkəzində saxlanılıb. Ötən il bələdiyyələrdə gender komissiyalarının nümayəndələri üçün müxtəlif təlimlər təşkil edilib. Beynəlxalq və yerli tərəfdaşlarla birgə bir çox layihələr həyata keçirilib”.

Onun sözlərinə görə, ötən il ərzində komitəyə daxil olan vətəndaş müraciətləri onu deməyə əsas verir ki, ölkə ərazisində məişət zorakılığı halları üstünlük təşkil edir:

“Qadınlara qarşı zorakılıq faktları ilə bağlı ötən il 2 197 cinayət qeydə alınıb ki, bunun da 20 %-i məhz qısqanclıq və ailə münaqişəsi zəminində baş verib. Dünyada da bu sahədə artım müşahidə edilir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir