Deputatlarımız Türkiyədə səfərdə olacaqlar

0

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, və deputat Ramil Həsən aprelin 17-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Deputatlarımız burada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcəklər. 

Fond tərəfindən keçiriləcək tədbirlər çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və türk dünyası qarşısındakı  müstəsna xidmətlərindən bəhs ediləcək. 

Hicran Hüseynovanın Ankara şəhərində Şuşa Konqres Mərkəzində keçiriləcək “Türk dünyasının önəmli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə xatirəsi anılır” adlı konfransda çıxışı da nəzərdə tutulub. 

Səfər aprelin 21-də başa çatacaq. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir