Deputatlarımız ABŞ-da səfərdə olacaqlar

0

Milli Məclisin üzvləri Naqif Həmzəyev və Şahin İsmayılov fevralın 12-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər edəcəklər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Millət vəkilləri Parlamentlərarası İttifaq tərəfindən BMT-nin qərargahında keçiriləcək “Su insanlar və planet üçün: israfı dayandırmaq, oyunu dəyişdirmək, gələcəyə sərmayə qoymaq” mövzusunda dinləmələrdə iştirak edəcəklər. 

Tədbirin məqsədi böhranlarla daha yaxşı mübarizə aparmaq və gələcək nəsillərə davamlı inkişafa əsaslanan sağlam mühit yaratmaq üçün perspektivdə nəzərdə tutulan addımları müəyyən etməkdir. 

Deputatlarımız müzakirələrdə öz fikirlərini açlıqlayacaq, qeyd və təkliflərini səsləndirəcəklər.

Səfər fevralın 16-da başa çatacaq.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir