Deputatlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin tədbirində iştirak edəcəklər

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova aprelin 8-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Bu barədə “turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlar səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak edəcəklər, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Səfər aprelin 10-da başa çatacaq.