Deputatımız QDİƏT PM-nin komitə iclasında iştirak edəcək

0

Milli Məclisin deputatı Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin 63-cü iclasında iştirak etmək üçün aprelin 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclasda “Nifrət doğuran çıxışlara qarşı mübarizədə mədəniyyətlərarası dialoqun və tolerantlığın təşviqində parlamentlərin rolu” mövzusunda müzakirələr aparılacaq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti barədə məlumat veriləcək. Tədbirdə, həmçinin təşkilati məsələlərə baxılacaq, komitənin növbəti toplantısının tarixi, yeri və gündəliyi müəyyən ediləcək.

Səfər aprelin 22-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir