Deputatımız QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edəcək

0

Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadi siyasət və inkişaf komitəsinin iclasında iştirak etmək üçün aprelin 26-da Türkiyə Respublikasının Zonquldak şəhərinə səfər edəcək.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclasda “QDİƏT-ə üzv dövlətlər arasında enerji resurslarının ticarəti sahəsində əməkdaşlıq” mövzusunda məruzə təqdim olunacaq və tövsiyə layihəsi nəzərdən keçiriləcək.

Səfər aprelin 29-da başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir