Deputatımız Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Qaya Məmmədov Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə aprelin 9-da Budapeşt şəhərinə səfər edəcək.


ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun xətti ilə seçkilərə hazırlıq prosesi ilə tanış olacaq, səsvermə prosesini izləyəcək.

Arzu Paşaqızı