Deputatımız Latviyaya səfər edəcək

Milli Məclisin deputatı Qaya Məmmədov iyunun 15-də Latviya Respublikasının Riqa şəhərinə səfər edəcək.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Millət vəkili, Azərbaycan Respublikasının Latviyadakı səfirliyi ilə “Şimali Avropa Siyasəti Mərkəzi” adlı beyin mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək “Azərbaycanda mina fəaliyyəti: prioritetlər və çağırışlar” mövzusunda dəyirmi masada və ikitərəfli görüşlərdə iştirak edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI