Deputatımız konfransda iştirak edəcək
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası ilə BMT arasında həyata keçirilən “Terrorçuların Səyahətinə qarşı Mübarizə Proqramı” çərçivəsində konfransda iştirak etmək üçün dekabrın 14-də Norveç Krallığının paytaxtı Oslo şəhərinə səfər edəcək.
Tədbirdə terrorçuluğa qarşı mübarizə ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi, qurumlararası əməkdaşlıq, məlumat mübadiləsi, şəxsi məlumatların qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Mövzu ilə bağlı müzakirələrdə deputatımız öz fikirlərini bildirəcək, qeyd və təkliflərini verəcək.
Səfər dekabrın 18-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi