DEPUTATIMIZ KANADAYA SƏFƏR EDƏCƏK
Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-də Kanadanın Monreal şəhərinə səfər edəcək.
Bu barədə ” turaninsesi.az”-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Sessiya çərçivəsində “NATO-nun inkişaf edən hava və raket hücumundan müdafiə durumu”, “Qərbi Balkanlar: NATO-nun astanasında yeni təhlükəsizlik çağırışları” və digər mövzularda müzakirələr aparılacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI