Deputatımız İstanbulda səfərdə olacaq
Milli Məclisin deputatı Rafael Hüseynov mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140-cı ildönümünə həsr olunan tədbirdə iştirak etmək üçün noyabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Hüseyn Cavidin 140 illik yubileyi çərçivəsində Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə ədəbiyyatımızın görkəmli nümayəndəsinin həyat və yaradıcılığı ilə bağlı çıxışlar ediləcək, ədibin əsərlərindən nümunələr təqdim olunacaq.
Səfər noyabrın 26-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi