Deputatımız Gürcüstana səfər edəcək
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev noyabrın 6-da Gürcüstanın Tibilisi şəhərinə səfər edəcək.
Bu barədə “turaninsesi.az” – a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində deputatımız Gürcüstan Milli Teatrında 8 noyabr – Zəfər Gününün beş illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Arzu Paşaqızı