Deputatımız Brüsselə səfər edəcək

Milli Məclisin deputatı Vüqar Bayramov  noyabrın 29-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər edəcək.

Turanın səsi ” in xəbərinə görə , Səfər zamanı millət vəkili Avropa Vençur Xeyriyyəçilik Assosiasiyası tərəfindən keçirilən “Təsir həftəsi” çərçivəsində bir sıra tədbirlərə qatılacaq. Tədbirlərdə dayanıqlı strategiyaların dəstəklənməsi, sosial ideyaların maliyyələşdirilməsi proqramlarının və bütövlükdə Avropada sosial təminatın gücləndirilməsi barədə müzakirələr aparılacaq.

Səfər dekabrın 3-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir