Deputatımız beynəlxalq tədbirdə iştirak edəcək
Milli Məclisin deputatı Fazil Mustafa 3-cü Avrasiya Hüquq Qurultayında iştirak etmək üçün noyabrın 1-də Monteneqro Respublikasının Budva şəhərinə səfər edəcək.
Tədbir Türkiyə Hüquq Platforması tərəfindən Türkiyə Ədliyyə Nazirliyi, Ankara Universiteti Dəniz Hüququ Milli Araşdırma Mərkəzi, Beynəlxalq Hüquqşünaslar Birliyi və Konstitusiya Hüquqşünasları Dərnəyi ilə birgə həyata keçiriləcək.
3-cü Avrasiya Hüquq Qurultayı “Dəniz hüququndakı aktual inkişaflar” mövzusuna həsr olunub. Toplantıya 40 ölkədən 300 nümayəndə qatılacaq.
Deputatımız tədbirdə müzakirə olunacaq mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq.
Səfər noyabrın 4-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi