Deputatımız Amerika Birləşmiş Ştatlarına səfər edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov martın 3-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.
Səfər çərçivəsində komitə sədri Suveren Millətlər Alyansının ilk zirvə toplantısında və ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş konfransda iştirak edəcək.
Arzu Paşaqızı