Deputatımız Ali Audit  Qurumlarının Forumunda iştirak edəcək

0

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa İttifaqı Şərq Tərəfdaşlığı Ali Audit Qurumlarının (AAQ) Forumunda iştirak etmək üçün noyabrın 20-də Latviya Respublikasının paytaxtı Riqaya səfər edəcək.

Forum Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə AAQ-ların əməkdaşlıq şəbəkəsi çərçivəsində Latviyanın Dövlət Auditi İdarəsi tərəfindən təşkil olunub. Toplantıda Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan təmsilçiləri iştirak edəcəklər.

Tədbirdə Latviyanın Ali Audit Qurumunun milli və regional kontekstdə yeni strateji təşəbbüsləri təqdim ediləcək, əməkdaşlığın inkişafı və beynəlxalq öhdəliklər, audit nəticələrinin təsiri və tövsiyələrin icrasına nəzarət, milli AAQ-ların gələcək illər üçün strateji təşəbbüsləri, AAQ-lar arasında təcrübə mübadiləsi, Şərq Tərəfdaşlığı üzrə AAQ-lara əlavə dəstək imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər noyabrın 23-də başa çatacaq.

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir