Deputat: “Yüzminlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığının qurbanıdır”

0

“Bu gün yüzminlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığının qurbanıdır”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, torpaqların istifadəyə və icarəyə verilməsində ciddi nöqsanlar mövcuddur: “Bəzi rayonlarda 10 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparılıb. Həmin mənzil sahibləri mülkiyyət hüququnu təsdiq edən sənədləri ala bilmədiklərindən uzun illərdir qeydiyyata düşə bilmirlər. Nəticədə ünvansız və qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər. Onlar hər an evlərini tərk etmək qorxusu altında yaşayırlar. Yüzminlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığını çəkməkdədir”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir