Deputat: “Yevlaxın 70%-də su problemi var”

0


“Bu gün Yevlax rayonunun 70 %-də içməli su problemi var”.

Turanın səsi”  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat İlham Məmmədov deyib.

“2-6 min əhalisi olan kəndlərimiz var ki, orada artezian quruları və sutəmizləyici qurğular yox vəziyyətindədir. 17 kənddə isə ümumiyyətlə artezian quyusu yoxdur. Gələcəkdə bu problemlərin həlli üçün vəsaitin ayrılması məqbul olardı.

Yevlax şəhərində Kür çayı üzərində tikilmiş körpü tamamilə yararsız vəziyyətdədir. Bunu Fövqəladə Hallar Nazirliyi 2015-ci ildə apardığı ekspertiza ilə müəyyən edib. Vaxtilə 60 ton yükgötürmə qabilliyəti olan körpüdə hərəkət məhdudlaşdırılıb, 5 tona endirilib. Bu körpünün yararsız vəziyyətdə olması 21 kəndin, o cümlədən 30 min insanın rayon mərkəzi ilə əlaqəsini kəsib”, – deyə o, qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir