Deputat: “Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidir ki, sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur”

“Fransanın canfəşanlığının səbəbi gorbagor olmuş Minsk qrupunun fəaliyyətini yenidən bərpa edərək Ermənistan vasitəsilə bölgədə qalmaq istəyidir. Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidir ki, sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur”.

Turanın səsi”  xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin dekabrın 2-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, Makron hökumətinin siyasi əxlaqa sığmayan davranışının digər səbəbi gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır: “Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasında maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı aldıqları erməni elektoratın səslərinin əvəzini verməyə çalışırlar. Fransaya adekvat, bir az da artıq cavab verməliyik. Bu cavablar Azərbaycan hökuməti, dövləti, parlamenti və ictimaiyyəti tərəfindən verilir və hədəfə çatmaqdadır. Biz qalib xalq və güclü dövlətik”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir