Deputat: “Ulu Öndər Heydər Əliyev müasir müstəqillik təfəkkürümüzün banisidir”

“Ulu Öndər Heydər Əliyev müasir müstəqillik təfəkkürümüzün banisidir. Bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır”.

turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, Ulu Öndərin 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə inamının itməsi ilə nəticələnib: “Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Heydər Əliyevin böyük tarixi cılız adamların yazdığı və yazdırdığı “tarix kitablarına” sığışa bilməzdi. Çünki, o, özü elə tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir”.

Deputat bildirib ki, istər XX əsrin əvvəlində, istərsə də XX əsrin sonunda onların istinad etdiyi şəxslərin, heç birinin özünün siyasi yolu olmayıb, amma Heydər Əliyevin yolu var: “Çünki əgər hansısa siyasi xətt, ideya davam edirsə, bu yoldur, amma etiraf edək ki, nə qədər mütərəqqi olur olsun, siyasi ideyalar faydalı formada davam etmirsə, bu artıq dalandır, yol deyil. Bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir