Deputat: “Təyyarədəki bələdçilər Azərbaycan dilində normal danışmağı bacarmalıdır”
Təyyarə də demək olar ki, Azərbaycan torpağıdır, oradakı bələdçilər Azərbaycan dilində normal danışmağı bacarmalıdır.
“Turanın səsi ” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bəzən təyyarələrdə bələdçilərin danışığını özlərindən başqa heç kim başa düşə bilmir. Yəqin ki, ana dilində normal danışan bələdçi tapmaq çətindir. Hər halda təyyarədə oturan adamlar Azərbaycan dilində təmiz danışıq eşitmək istəyirlər. Olar ki, danışa bilməyənlər ən azından əvvəlcədən yazıb həmin danışığı orda səsləndirsinlər? Təyyarədə eybəcər dildə danışmaq olmaz”, – deyə o qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI