Deputat: “Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur”
“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur. Müəllim bilmir ki, nəyə istinad etsin, necə hazırlaşsın. Neçə ildir proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur”.
“Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 65 yaşına çatmış müəllimlərin müqavilələrinin bir il artırılması subyektiv amilləri ortaya çıxarır: “Müəllimin ixtiyarı regional təhsil idarəsinin öhdəsinə qalır. O da öz qohumunu, tanışını irəli çəkir, yaxşı müəllimlər kənarda qalır. Biz bunu dəfələrlə görmüşük. Müəllimi alçaldan bu proseslərdən xilas etmək lazımdır. Müəllim ya işləyir, ya da işləmir. Müəllimin hörmətini aşağı salmayın”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI