Deputat süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılmasını təklif edib
Deputat süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılmasını təklif edib.
“Turanın səsi ” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxış edib.
Deputat bildirib ki, hər il uzun illər övlad sahibi ola bilməyənlərin bu arzusu maddi səbəblərə görə gerçəkləşmir:
“Hər dəfə bu mövzu ortaya çıxanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə çıxır. Qanun olmadığına görə də işlər yubanır. Amma qeyd edim ki, bu qanun olmadan da tibbi tərəfdən məsələnin həlli ilə əlaqəli bilinən həqiqətlər var. Uşaq sahibi olmaq əslində bir insanın tam şəkildə fiziki, əqli və sosial cəhətdən sağlamlıq halına yönələn vacib məsələdir. Bu da dövlət təyinatı altında olmalıdır”.
R.Mahmudov vurğulayıb ki, gələn ilin büdcəsində bu sahədə müəyyən hazırlığın indidən görülməsi vacibdir:
“Hesab edirəm ki, ildə heç olmasa 200-250 şəxsin süni mayalanma istəkləri ilə bağlı büdcədən 1 milyon və ya 1 milyon 500 min manatlıq yardımın ayrılması uyğun olar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI