Deputat: “Son günlər Qarabağ erməniləri həqiqətləri anlamağa başlayıblar”

“Son günlər Qarabağ erməniləri həqiqətləri anlamağa başlayıblar”.

Turanın səsi” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin dekabrın 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilməli idi. Lakin Ermənistanın XİN başçısı sülh danışıqlarını pozaraq görüşdən imtina etdi. Görünür Ermənistan BMT TŞ-nin Laçın yolu ilə bağlı keçirdiyi müzakirələrdə nəticə əldə etməməsindən narahatdır. Fransa da bu görüşün baş tutmasında maraqlı deyil. Əgər diplomatiya işləsə, dedikləri bütün yalanlar tez ifşa olunar”, – deputat əlavə edib.

O qeyd edib ki, Xankəndi-Laçın yolunda keçirilən aksiya artıq öz müsbət nəticəsini verməkdədir:

“Hətta son günlər Qarabağ erməniləri də həqiqətləri anlamağa başlayıblar. Eyni zamanda Vardanyanın yalançı vədlərinə etirazlar da çoxalır. Buna görə də Qarabağ ermənilərindən dəstək ala bilməyən Vardanyan dekabrın 17-nə təyin etdiyi mitinqi təxirə salmağa məcbur olur. Hesab edirəm ki, şiddətə məruz qalan Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün Azərbaycan Ombudsmanı, hüquq mühafizə orqanları müvafiq addımlar atsın və beynəlxalq ictimaiyyət bununla bağlı məlumatlandırılsın”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir