Deputat: “Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çox mühim tarixi siyasi hadisədir”

0

“Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun dünən Bakıda başlayan nazirlər görüşü həm milli maraqlar, həm də qlobal məqsədləri baxımdan çox mühim tarixi siyasi hadisədir”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident, Qoşulmama hərəkatının sədri İlham Əliyevin nitqi yeni düzəndə qlobal məqsəd və hədəflərə doğru birgəfəaliyyət üçün yol xəritəsi hesab edilməlidir:

“Çünki BMT-də islahatlar aparılması barədə ümumi təkliflərdən o yana keçməyən liderlərdən fərqli olaraq İlham Əliyev Qoşulmama hərəkatına sədrliyi dövründə islahat nümunəsi ortaya qoydu. Etiraf edək ki, Qoşulmama hərəkatı böyük potensialına baxmayaraq Azərbaycanın sədrliyinə qədər ətalətdə qalan bir təsisat olub, amma bu gün İlham Əliyevin rəhbərliyi altında hərəkat özünün təsirli Parlament və gənclər şəbəkəsi olan, qlobal proseslərə BMT-dən daha effektiv formada adekvat reaksiya verən institusional təşkilata çevrilməkdədir”.

Deputat bildirib ki, əvvəllər ölkəmizi görməzdən gələnlər özləri etiraf edirlər ki, Azərbaycan artıq qlobal oyunçudur:

“Azərbaycan xalqı da bu reallığın fərqinə varır və görür haradan-hara yol qət etmişik. Xarici siyasət, diplomatiya deyəndə hansısa səfirliyin mərasimlərində əlində qədəh dayanmaqdan başqa təcrübəsi olmayanlar, yaxud beynəlxalq təsisatlarla kommunikasiyası yalnız qrant müstəvisində olanlar təbii ki, bu reallığı başa düşə bilməz”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir