Deputat mandatından imtina edir

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

turaninsesi.az ” xəbər verir ki, o, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. 

Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.

Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub. 

Arzu Paşaqızı