Deputat Kahramanmaraşda yeni salınacaq yaşayış massivinə Azərbaycanla bağlı adın verilməsini təklif edib
Türkiyənin Kahramanmaraş vilayətində yeni salınacaq yaşayış massivinə Azərbaycanla bağlı adın verilməsi təklif olunur.
“Turanın səsi ” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Musa Qasımlı parlamentdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edib.
O xatırladıb ki, Azərbaycan işğalda olan torpaqlarını azad etdi, bu gün də təkbaşına, öz maliyyəsi hesabına ərazilərini dirçəldir: “Belə şəraitdə Azərbaycanın qardaş ölkəyə yardım etməsi, orada şəhər tikməsi sadə məsələ deyil. Bu, gələcək nəsillər üçün də çox əhəmiyyətlidir. Təbii ki, həmin şəhərə ad verilməsi qardaş ölkənin daxili işidir. Lakin yeni salınacaq massivə Azərbaycanla bağlı adın verilməsi gələcək nəsillər üçün böyük tarixi əhəmiyyat daşıyar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI