Deputat : “İranda cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir “
“Turanın səsi ” xəbərinə görə Deputat Kamran Bayramov qeyd edib ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum ölkənin və regionun gündəmini silkələdi: “Aydın görünür ki, bu xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktı idi. İranın polis orqanlarına böyük suallar var.
Videogörüntülərdən aydın olur ki, yerli hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması, cinayətkarın zərərsizləşdirilməsi üçün sözün əsl mənasında heç nə etmədilər. Təsəvvür edin ki, bu ökənin ərazisində cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir. İranın aidiyyəti qurumlarının bu cür addımları və davranışı aparılacaq istintaqın obyektivliyinə, qərəzsizliyinə şübhələr yaradır”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09