Deputat: “İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır”

0

“Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman sülhün, demokratiyanın, söz azadlığının tərəfində dayanan ölkədir: “Bu gün İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır, öz suverenliyini, xoşbəxtliyini bu siyasət əsasında bundan sonra da daha da möhkəmləndirəcək”.

Komitə sədri qeyd edib ki, dövlət başçısı İlham Əliyev qısa müddət ərzində Azərbaycan xalqının maraqlarını geniş arenada tam məsuliyyəti ilə qoruyaraq ölkəmizin gələcəyi üçün çalışdığını göstərib və bununla da hər kəsin məhəbbətini qazanıb: “Ötən müddət ərzində Prezident Azərbaycanın qüdrətli iqtisadi inkişafını təmin edib, ölkəmizi dünya siyasətində həlledici sözə malik dövlətə çevirib”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir