DEPUTAT : “Haqqımda yayılan xəbər yalandır və mənə yönəlmiş iyrənc oyundur”

0

“Bu gün mətbuatda mənim haqqımda yalan xəbər yayıldı. Təəssüf edirəm ki, bu xəbəri yazan mətbuat orqanı mənim mövqeyim olmadan bu yazanı dərc edib”.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, haqqında yayılan bu xəbər həqiqəti əks etdirmir:

Bu hadisə 2020-ci ilin yanvar ayında olub.

Mənim heç bir intim görüntülərim yoxdur.

Həmin zaman mən rayonda seçki kompaniyası ilə məşğul olurdum.

Həmin dövrdə haqqımda əsası olmayan yalan xəbərlər yayır və qarayaxma kampaniyaları aparırdılar.

Həmin dövrdə oğlum mənə söylədi ki, ata məni sənin intim görüntülərinlə şantaj edib, pul istəyirlər.

Mən də oğluma söylədim ki, sən məni yaxşı tanıyırsan. Mənim elə bir görüntülərim yoxdur. Mənim bu məsələdə alnım təmiz, vicdanım rahatdı.

Oğlumu şantaj edən şəxslə bağlı hüquq mühafizə orqanlarına müraciət etdik. Bir neçə ay ərzində həmin şəxs tapıldı. Araşdırmalar zamanı məlum oldu ki, oğlumu şantaj edən şəxs bizim Rəşid adlı köhnə işçimizdir. Qeyd edim ki, həmin şəxs oğurluq etdiyi üçün işdən kənarlaşdırılıb”.

Deputat vurğulayıb ki, məhkəmənin qərarı ilə Rəşid adlı bu şəxs cəzalandırıldı:

Xəbərdə qeyd edilir ki, guya məni şantaj edən şəxs qadındır .Bilirsiniz ki, 2010-cu ilə qədər iş adamı olmuşam. 2010-cu ildə deputat seçildikdən sonra özümün təsis etdiyim firmaları qardaşımın adına keçirmişəm. Rəşid adlı bu şəxsdə həmin firmaların birində işləyib və oğurluq etdiyinə görə də işdən kənarlaşdırılıb. Bizdə işləməzdən əvvəl də bu adam rekert saytların birində işləyib və bir dəfə də həbs edilib. Bu gün mənə maraqlı gələn məsələ 3 il sonra bunun gündəmə gətirilməsidir. Məqsəd də bəllidir. Bu mənə qarşı yönəlmiş iyrənc qarayaxma kampaniyasıdır. Hər kəs məni yaxşı tanıyır və mənim utanacağım heç nə yoxdur. Əgər həqiqətən elə görüntülərim olsaydı mən necə hüquq mühafizə orqanlarına müraciət edərdim. Mənim alnım açıq, vicdanım isə rahatdır. Haqqımda yayılan xəbər yalandır və mənə yönəlmiş iyrənc oyundur”.

Qeyd edək ki, bu gün bəzi mətbuat orqanlarında deputat İqbal Məmmədovun oğlunun atasının intim görüntülərinə görə şantaj olunması ilə bağlı xəbər getmişdi.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir