Deputat: “Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir”

0

“Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir”.

Turanın səsi ” xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, xüsusilə də müalicədə təsirli sayılan dərmanların və onların əvəzedicilərinin olmaması da pasiyentlərin müalicəsinin gedişatında da problemlərə səbəb olur: “Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir. Səbəbləri doğru dəqiqləşdirmək lazımdır. Burada görünən əsas üç səbəb hiss olunur. İkisi bizdən asılı olmayan beynəlxalq səbəblərdir. Sonuncu məsələ isə ölkədaxili məsələdir. Hər bir qurum problemin ciddiliyini anlayır. Əfsus ki, hələ də problem həllini tapmayıb”.

O qeyd edib ki, pandemiyanın dünya iqtisadiyyatı üçün yaratdığı sıxıntılar bu gün də hiss olunur:

“İstehlak və istehsal zəncirinin qopması qiymət artımını qaçılmaz edir. Ukrayna Rusiya arasındakı müharibə də həmin ölkələrdən dərman idxalına mane olur. Bu da dünyada qiyməti qalxan və təlabatı yüksək olan dərmanlara əlçatanlığı xeyli azaldır. Qiymət tənzimləmə mexanizminin olmaması səbəbindən özəl şirkətlər yaranmış vəziyyətə uyğun qiymət artımı edə bilmədikləri üçün onların ölkəyə gətirməyin zərərli olduğunu deyirlər. Ona görə də mexanizmləri təkmilləşdirmək lazımdır”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir