Deputat cərimələrin yüksək olmasını tənqid edib
“Niva”nın arxasında göyərti satan adama necə 1 500 manat cərimə yazmaq olar? Hansı ki, iri biznesi olan sahibkar heç vergi belə ödəmir, ona cərimə yazılmır. Bununla inkişaf olmaz”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli komitənin iclası zamanı çıxışında bildirib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrin 80 %-i gəliri məhz kiçik və orta biznezdən əldə edilən vəsait hesabına formalaşır:
“Cərimələrin yüksək olması inkişafa mane olur. Sahibkar fikirləşir ki, bu qədər yüksək cərimə ödəməkdənsə işimi bağlayıb. Ya da haramısa zədələyib əlillik alım”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09