Deputat: “BQXK-nın Xankəndi şöbəsinin fəaliyyəti nə beynəlxalq hüquqa, nə də komitənin öz nizamnaməsinə uyğundur”
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi şöbəsinin fəaliyyəti, nə beynəlxalq hüquqa, nə də komitənin özünün nizamnaməsinə uyğundur”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.
Deputat bildirib ki, 150 ildən çox yaşı olan həmin təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsini qarşısına məqsəd qoymasına baxmayaraq Azərbaycana gələnlər münaqişə qurbanlarını kənara qoyub, münaqişə törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur.
“Təşkilat unudur ki, Azərbaycanın suveren ərazisində fəaliyyət göstərir. Hələ də ərazimizə irəvanlılar gəlib-gedir. Rəsmi Bakı dəfələrlə təşkilata fəaliyyətini ölkəmizlə koordinasiya şəkildə olmasını deyib. Onlara Xankəndi və digər yerlərə Bakıdan gəlib-getmələri bildirilib. Təəssüf ki, hələ də bu təşkilat həmin təklifləri qulaqardına vurur. Ümid edirik ki, qanunazidd hərəkət edənlərə qarşı ölçü götürüləcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”, – V.İskəndərov əlavə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI