Deputat beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Ramin Məmmədov parlamentin müşahidəçi qismində təmsil olunduğu Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş Assambleyasının 44-cü iclasında iştirak etmək məqsədilə avqustun 4-də İndoneziya Respublikasının Cakarta şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Deputatımız iclasda çıxış edəcək, “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçiriləcək müşahidəçi ölkələrlə dialoq panelinə qatılacaq, Milli Məclisin üzv ölkə parlamentləri ilə əməkdaşlığı və gələcək perspektivlər barədə müzakirələr aparacaq.
Səfər avqustun 11-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI