Deputat: “Bəzi ermənipərəst qüvvələr Azərbaycana zərər verməyə çalışırlar”
“Təəssüf ki, Ermənistanın arxasında açıq və ya gizli dayanan qüvvələr Azərbaycana zərər verməyə çalışırlar”.
“Turanın səsi” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi ölkələrin rəhbər və vəzifəli şəxslərinin səsləndirdiyi fikirlər seçicilər tərəfindən də narahatlıqla qarşılanır: “Ona görə də bütün xalq Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin ətrafında necə həmrəylik nümayiş etdirirdisə, bu gün və sabah da həmin əzmi nümayiş etdirməliyik. Çünki bu zəfəri həzm etməyən qüvvələr var. Düşmənə qarşı güclü birliyimizi nümayiş etdirməliyik. Bizi daha böyük uğurlar gözləyir”.
Deputat bildirib ki, iki ildir Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında böyük quruculuq işləri gedir: “Dağıdılmış şəhər və kəndlər bərpa olnur”.