Deputat: “Azərbaycanda xüsusi alış-veriş çantaları istehsal edilməlidir”

0

Azərbaycanda xüsusi alış-veriş çantaları istehsal edilməlidir.

Turanın səsi ” xəbər verir ki, belə bir təkliflə deputat İltizam Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxış edib.

“İtaliyada belə bir praktika var ki, “Dolce & Gabbana” brendinin çox ucuz qiymətə alış-veriş çantası istehsal edilir. Xanımlar onu götürüb mağazalara alış-verişə gedirlər. Bu, böyük bir praktikadır.

Digər təklifim odur ki, istifadə edilmiş polietilen torbaları yığmaq üçün tullantı yerlərində xüsusi bir hissə olmalıdır. Digər tərəfdən, bu torbalardan istifadənin azaldılması ilə bağlı böyük təbliğat işləri aparılmalıdır”, – deyə o, əlavə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir