Deputat: “Avropa Məhkəməsinin qərarlarının tam ədalətə söykənməsinə etibar etmirəm”

0

“Avropa Məhkəməsinin qərarlarının tam ədalətə söykənməsinə etibar etmirəm”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan bütün beynəlxalq müqavilələrə qoşulur:

“Azərbaycan demokratik və açıq dövlətdir. Ölkəmiz bu cür beynəlxalq müqavilələrə qoşulmaqla özünün insan hüquqlarına olan münasibətini ortaya qoyur. Beynəlxalq təşkilatlar çox vaxt ədalətli qərarlar qəbul etmir. Qəbul etdikləri qərarlar tərəfli və yaxud maraq çərçivəsində olur”.

Deputat bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər Avropa Məhkəmələrinə olunan müraciətdə bir dənə də olsun dövlətin xeyrinə qərar qəbul olunmayıb:

“Seçki prosesi dövründə bunu görmüşük. Hər hansı bir dairədə 15 səs almayan insan müraciət edir və Avropa Məhkəməsi bunun haqqında qərar verir. Bu və ya digər şəkildə cinayət törədir, hansısa partiyanın sədridir, müavinidir, üzvüdür, Avropa Məhkməsi bunun haqqında qərar verir. Məsələlərə bu cür yanaşılması insan hüquqlarına yaraşmayan hərəkətlərdir. Bir müxalifət partiyasının nümayəndəsi ərizə yazan kimi ona reaksiya verirlər. Qərarlara ciddi şəkildə yanaşmalıyıq. Ölkəmiz qərarları yerinə yetirir. Birinə 15, digərinə 20 min avro dövlətin vəsaitindən pul da ödəyirlər”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir