Deputat: “AMEA alimlərinin maaşı digər universitetlərdən iki-üç dəfə aşağıdır”

0


“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəssisələrində çalışan alimlərin maaşı digər universitetlərdən iki-üç dəfə aşağıdır”.

Turanın səsi” xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elmə pul ayırmaq lazımdır: “Akademiya üçün lazımi texniki avadanlıqların alınması üçün şərait yaransın. İqtisadi zonalara uyğun olaraq hər yerdə Ombudsman Aparatının şöbələri açılmalıdır. Bu zaman həmin yerlərdəki məlumatlar daha tez qəbul olunar və reaksiyası da gecikməz”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir