“Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub


“Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Turanın səsi ” xəbər verir ki, məsələ parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklərlə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdimatla çıxış edib.

O bildirib ki, adıçəkilən qanuna 4 yeni maddə əlavə olunub, milli qanunvericiliyə 18 yeni anlayış gətirilib, eyni zamanda 11 maddə üzrə 86 dəyişiklik edilməsi təklif olunur.

Ümumilikdə qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub.

Təqdimatdan sonra dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə iclasında deputatlarla yanaşı, səhiyyə nazirinin müavini Rasim İsmayılov da iştirak edib. O, qanuna təklif edilən dəyişiklərin müzakirəsi zamanı səsləndirilən suallara cavab verib.

Sonda dəyişiklik layihəsinin qanunverici orqanın plenar iclasa tövsiyə edilməsi barədə qərar qəbul edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir