Çinli qonaqlar Milli Məclisdə

Milli Məclisin bir qrup deputatı iyunun 5-də Çin Xalq Siyasi Məşvərət Şurasının Quanqdonq Əyalət Komitəsinin sədri Lin Keqingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” turaninsesi.az”-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri və Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Əmiraslanov qonaqları salamlayaraq, Azərbaycanla Çinin qarşılıqlı əməkdaşlığa böyük maraq göstərdiyini deyib. O, ölkələrimiz arasında münasibətlərin strateji xarakterinə toxunub, əlaqələrimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI