Bu gün Milli Məclisdə növbəti dəfə şəhid ailələrinin, qazilərin və digər vətəndaşların qəbulunu keçirtdim.
Vətəndaşlar tərəfindən qaldırılan sosial, humanitar, təhsil və digər məsələlərin bir qismi yerindəcə həll edildi. Eləcə də digər məsələlərin həlli məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərildi. Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, ünvanıma daxil olan hər bir müraciət geniş şəkildə təhlil edilir və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir.