“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb.

Sammitdə iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirin bağlanış mərasimində iştirak edib.


Mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm və böyük aktuallıq kəsb edən mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini və səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.

Arzu Paşaqızı