Birləşmiş Krallıq ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvlərinə etiraz məktubu ünvanlayıb

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvləri Cim Şennon və Lord Alton tərəfindən 18 iyun 2025-ci il tarixində “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdikləri müraciətə cavab olaraq onlara etiraz məktubu ünvanlayıb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Məktubda deyilir ki, bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dəstək verən beynəlxalq ictimaiyyət nümayəndələrinin marağını yüksək qiymətləndiririk. Bununla belə, davamlı sülh üçün bütün bəyanatların və təşəbbüslərin faktlara, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması çox vacibdir.
“Dağlıq Qarabağ” (Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil) üçün “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdiyiniz müraciətə cavab olaraq faktları diqqətinizə çatdırmağı zəruri hesab edirik.
Məktubda diqqətə çatdırılır ki, Qarabağın Ermənistan tərəfindən işğalı zamanı bir milyona yaxın azərbaycanlı məcburi köçkün düşmüşdür. Bu, Xocalı soyqırımı da daxil olmaqla, ağır cinayətlər, o cümlədən şəhər və kəndlərin sistematik şəkildə dağıdılması (urbisid), mədəni və dini irsin (kulturisid), eləcə də ətraf mühitə ciddi ziyan vurulması (ekosid) ilə müşayiət olmuşdur. Təəssüf ki, bütün bu illər ərzində dünya bu insanların dərdinə demək olar ki, diqqət ayırmamışdır. Bundan əlavə, Ermənistan işğal etdiyi ərazilərdə qəsdən minalar yerləşdirmiş və bunun nəticəsində Azərbaycan dünyada minalardan ən çox zərər çəkən ölkələrdən birinə çevrilmişdir. Belə ki, bu minalar dinc sakinləri öldürməyə və yaralamağa davam edir, məcburi köçkünlərin geri qayıtmasını və yenidənqurma işlərini gecikdirir.
Cavab məktubunda deyilir ki, Ermənistanın hərbi təcavüzünün digər faciəvi nəticəsi isə hələ də itkin düşmüş sayılan, o cümlədən qadın və uşaqlar da daxil olmaqla, təxminən dörd min azərbaycanlı vətəndaşın taleyinin həll olunmamış qalmasıdır. Ermənistan onların taleyinə aydınlıq gətirə biləcək kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.
Bundan əlavə, erməni siyasi liderləri uzun zamandır azərbaycanlılara qarşı etnik nifrəti qızışdırır və təşviq edir. Keçmiş erməni prezidentləri açıq şəkildə etnik təmizləməni müdafiə edən bəyanatlar vermiş, azərbaycanlıların zorla qovulmasını və Xocalı soyqırımını dəstəkləmişlər. Bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kim məsuliyyətə cəlb olunmamış və müharibə cinayətkarları hələ də qəhrəman kimi qəbul olunur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI