Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib

İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova, forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar bir hadisə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu fakt parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, ilk növbədə ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir.
Çıxışında özünün Özbəkistana həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində etdiyi səfərləri məmnunluqla xatırladan spiker Sahibə Qafarova, bu ölkənin Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurları qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI